AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA-dan növbəti dəfə təyinat alıb.

Rekord.az xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda keçiriləcək “Lokomotiv” (Moskva, Rusiya) – “Olimpik” (Marsel, Fransa) oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma sentyabrın 16-da Rusiyanın paytaxtı Moskvadakı “Lokomotiv” stadionda baş tutacaq.