
AFFA rəsmisi “Beşiktaş”ın oyununa təyinat aldı
- 2023-11-21 15:00
- 127
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.
Rekord.az xəbər verir ki, o, UEFA-nın Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 30-da Türkiyənin İstanbul şəhərindəki Beşiktaş Park stadionunda keçiriləcək “Beşiktaş” (Türkiyə) – “Brugge” (Belçika) matçında UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.