AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri və İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva UEFA-dan təyinat alıb. 

Rekord.az xəbər verir ki, Mehtiyeva Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Belarusun "Dinamo" (Brest) və Bolqarıstanın "Lodoqorets" komandaları arasındakı matçda UEFA nümayəndəsi olacaq.  

Qeyd edək ki, oktyabrın 1-də Minksdəki Milli Dinamo Olimpiya stadionunda keçiriləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.