AFFA rəsmisi “Fənərbağça”nın oyununa təyinat alıb
- 20:40
- 38
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.
Rekord.az xəbər verir ki, o, Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Fənərbağça” (Türkiyə) – “Anderlext” (Belçika) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qarşılaşma fevralın 13-də İstanbuldakı "Şükrü Saracoğlu” stadionunda baş tutacaq.