AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlik UEFA-dan yeni təyinat alıb.

Rekord.az xəbər verir ki, avstriyalı funksioner Polşanın “Legiya” və Norveçin “Budo Qlimt” komandaları arasında Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununun hakim-inspektoru olacaq.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Sözügedən qarşılaşma iyulun 14-də Varşavada keçiriləcək.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Legiya”da çıxış edir. O, bu yay sözügedən klubla 3+1 illik müqaviləyə imza atıb.