AFFA rəsmisi “Mançester Yunayted”in oyununa təyinat aldı
- 05 Dek 2020 16:20
- 568
AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik beynəlxalq oyuna təyinat alıb.
Rekord.az xəbər verir ki, avstriyalı mütəxəssis UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunun “Leyptsiq” (Almaniya) – “Mançester Yunayted” (İngiltərə) matçının hakim-inspektoru olacaq.
Qarşılaşma dekabrın 9-da Leyptsiq şəhərində keçiriləcək.