![photo](https://www.rekord.az/storage/uploads/5/affa-logo-1.jpeg)
AFFA rəsmisi Millətlər Liqasının oyununa təyinat aldı
- 15 Sen 2023 18:00
- 295
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti dəfə UEFA-dan təyinat alıb.
Rekord.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında keçiriləcək Millətlər Liqasının Macarıstan – İrlandiya oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, sentyabrın 26-da Budapeştdə reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.