AFFA rəsmisi “Qəbələ”nin avrokubok matçına təyinat aldı
- 22 Sen 2021 16:41
- 454
AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlik UEFA-dan növbəti təyinat alıb.
Rekord.az xəbər verir ki, avstriyalı mütəxəssis Gənclər Liqasının 1-ci təsnifat mərhələsində “Qəbələ” və Niderlandın “Alkmaar” komandaları arasında keçiriləcək ilk oyunda hakim-inspektor olacaq. Görüşü ukraynalı hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, sentyabrın 29-də Qəbələ şəhər stadionunda oynanılacaq qarşılaşmaya saat 17:00-da start veriləcək. Cavab görüşü oktyabrın 19-da “Alkmaar Təlim-Məşq Mərkəzi”ndə baş tutacaq.