AFFA rəsmisi Türkiyə - Rusiya matçına təyinat aldı
- 07 Noy 2020 17:40
- 540
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri və İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva UEFA-dan təyinat alıb.
Rekord.az xəbər verir ki, Mehtiyeva Millətlər Liqasında Türkiyə və Rusiya yığmaları arasındakı matçda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, noyabrın 15-də İstanbulda “Şükrü Saraçoğlu” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.