![photo](https://www.rekord.az/storage/uploads/5/elcin-memmedov-1633960944.jpg)
AFFA rəsmisi UEFA-dan təyinat aldı
- 17 İyl 2023 20:30
- 288
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan təyinat alıb.
Rekord.az xəbər verir ki, o, Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Dinamo” (Tiflis, Gürcüstan) – “Astana” (Qazaxıstan) oyununda iş başında olacaq.
Məmmədov Boris Payçadze adına “Dinamo Arena”da baş tutacaq qarşılaşmada VAR sisteminin tətbiqi ilə bağlı təşkilatı işlərin koordinasiyası məqsədilə Tbilisiyə yollanacaq.
İyulun 19-da keçiriləcək “Dinamo” – “Astana” matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Komandalar arasında Qazaxıstanda baş tutan ilk görüşdə 1:1 hesabı qeydə alınıb.