AFFA rəsmisi UEFA-dan təyinat alıb
- 10 Noy 2024 16:00
- 84
AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.
Rekord.az xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Roma” (İtaliya) – “Olimpik” (Lion, Fransa) oyununun UEFA nümayəndəsi olacaq.
A qrupunun qarşılaşması noyabrın 13-də Roma şəhərində yerləşən “Tre Fontane” stadionunda baş tutacaq.