AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.


Rekord.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının V turunda keçiriləcək “Mançester Siti” (İngiltərə) – “Feyenoord” (Niderland) oyununun UEFA nümayəndəsi olacaq.


Noyabrın 26-da İngiltərədə “Mançester Siti” akademiyasının stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.