27-28 iyunda İsveçrənin Sürix şəhərində UEFA-nın klub yarışlarında rəsmi şəxslər qismində çalışan şəxslər üçün seminar təşkil olunub.

Rekord.az xəbər verir ki, seminarda UEFA Matç Direktoru (UEFA Venue Director) kimi fəaliyyət göstərən AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov da iştirak edib.

Seminar zamanı iştirakçılara mövsümlə bağlı təlimatlar təqdim olunub və qaydalarda baş vermiş dəyişikliklər müzakirə edilib.