AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Rekord.az xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində C liqasının 5-ci qrupunda aprel 5-də, saat 21:30-da keçiriləcək Lüksemburq – Albaniya oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma Lüksemburqun Eş-sur-Alzet şəhərindəki "Emile Mayrisch" stadionunda keçiriləcək.