AFFA rəsmisinə UEFA-dan təyinat
- 19 Noy 2019 12:43
- 825
AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev növbəti təyinat alıb.
Rekord.az xəbər verir ki, UEFA onu Yunanıstana göndərmək qərarına gəlib.
Belə ki, Hacıyev UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək PAOK (Yunanıstan) – “Dinamo” (Kiyev, Ukrayna) oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma noyabrın 27-də Saloniki şəhərindəki "Toumba" stadionunda baş tutacaq.