AFFA rəsmisinə UEFA-dan təyinat
- 10 Okt 2024 14:20
- 132
AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan təyinat alıb.
Rekord.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Yunanıstan – İrlandiya oyununun UEFA nümayəndəsi olacaq.
Oktyabrın 13-də Pirey şəhərində yerləşən “Georgios Karaiskakis” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.