
AFFA Ruslan Abışovu təltif etdi
- 27 Noy 2023 20:30
- 260
Uzun illər Azərbaycan milli komandasının şərəfini qorumuş, 2023-cü ildə peşəkar futbolçu karyerasını başa vurmuş Ruslan Abışov AFFA tərəfindən təltif edilib.
Rekord.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, veteran futbolçu İsveçlə oyundan öncə ölkədə olmadığından təqdimetmə mərasimində iştirak edə bilməmişdi.
AFFA-nın baş katibi Sərxan Hacıyev milli komandamızın sabiq üzvünə gələcək fəaliyyətində uğurlar arzulayıb.