AFFA Şamaxını Tovuza qurban verib? ÖZƏL!
- 08 Apr 2021 14:00
- 1055
Xəbər verdiyimiz kimi, AFFA bir müddət öncə Şamaxıda yeni stadion tikəcəyini bildirsə də sonradan bu layihə yarımçıq dayandırıldı.
Rekord.az xəbər verir ki, buna səbəb kimi pandemiya və maliyyə sıxıntısı göstərilib.
Saytımıza daxil olan məlumata görə, burada əsl səbəb Tovuz Futbol Akademiyasıdır. Belə ki, AFFA ilk öncə hər iki stadiondakı tikinti işlərini paralel aparmağı planlaşdırırdı. Lakin pandemiyanın ortaya çıxması və gəlirlərin azalması fonunda federasiya seçim etmək məcburiyyətində qalıb və yekunda üstünlüyü Tovuz stadionuna verib. Əldə olan vəsait da məhz oraya yönəldilib.