AFFA Samir Abasova iş vermək istəyir: ya U-17, ya da U-19 ÖZƏL!
- 18 Noy 2019 13:00
- 1430
“Zirə”dən ayrılandan sonra işsiz qalan Samir Abasov milli komandalardan birini çalışdıra bilər.
Rekord.az-ın əldə etdiyi məlumata görə, AFFA Abasovu ya U-17, ya da U-19 millilərindən birinə baş məşqçi qoymaq istəyir.
Çünki sözügedən komandalar son Avropa çempionatının seçmə qrup oyunlarını uğursuz keçiriblər. Bu üzdən hər iki məşqçinin getmək ehtimalı yüksəkdir. Bu, baş verərsə, boş qalacaq postlardan biri Abasova tapşırıla bilər.