Dünən AFFA-nın inzibati binasında baş katib Sərxan Hacıyev, Azərbaycan milli komandasının və “Neftçi”nin veteran futbolçusu, müxtəlif klublarda məşqçi kimi fəaliyyət göstərmiş Samir Ələkbərovla görüşüb.

Rekord.az-a daxil olan məlumata görə, veteran futbolçunu 55 illik yubileyi münasibəti ilə təbrik edən baş katib ona işlə bağlı da vəd verib.

Hacıyev Ələkbərovun yaxın zamanlarda federasiyanın xətti ilə işlə təmin olunması üçün çalışacağını bildirib.