“Səbail”in növbəti mövsüm üçün büdcəsində azalma olsa da, AFFA sırf əvəzedici komanda üçün əlavə maliyyə yardımı etməyi düşünür.

Rekord.az xəbər verir ki, “Səbail-2” yenidən bərpa olunaraq I Diviziona qaytarılıb.

Lakin öncədən də məlum idi ki, maddi durumu yaxşı olmayan klub üçün əlavə komanda saxlamaq çətin olacaqdı. Məhz buna görə, federasiya “Səbail”in əvəzediciləri üçün əlavə olaraq illik 100-150 min manat ayırmaöı düşünür.