"Qəbələ"nin sabiq baş məşqçisi Sənan Qurbanov bir müddət bundan qabaq AFFA-nın icraçı vitse prezidenti Elxan Məmmədovun qəbulunda olmuş və iş istəmişdi.

Rekord.az xəbər verir ki, Məmmədov Qurbanova kömək edəcəyinə dair söz versə də hələlik ortada real heç nə yoxdur.

Əldə etdiyimiz məlumata görə, Qurbanov bu yaxınlarda yaxın çevrə vasitəsi ilə Məmmədova məlum görüşü xatırladıb. Lakin cavab bu olub ki, hələlik vakant iş yeri yoxdur.