Yığmamız Millətlər Liqasında sentyabrın 22-də Slovakiya ilə səfərdə, 25-də isə Qazaxıstanla evdə qarşılaşacaq.

Rekord.az xəbər verir ki, bu, Canni de Byazinin “sükan arxasında” son görüşləri olacaq.

AFFA onunla yeni müqavilə bağlamayacaq. Federasiya artıq yeni məşqçi axtarışandadı. Əvvəlcə bu posta 3 yerli məşqçi namizəd olub. Söhbət Rəşad Sadıqov, Samir Abasov və Ayxan Abbasovdan gedir. Lakin sonradan onların üzərindən xətt çəkilib. İndi AFFA rəsmiləri əcnəbi məşqçi axtarışındadı. İlk namizəd isə türkiyəli Sərgən Yalçındı. 49 yaşlı mütəxəssislə ilkin təmasa da keçilib. Onun menecerləri ilə bu istiqamətdə danışıqlar aparılır.

Qeyd edək ki, Sərgən Yalçın son olaraq “Beşiktaş”ı çalışdırıb. Komandanı 79 görüşə çıxaran mütəxəssis Türkiyə çempionu və kubokunu qazanıb. ("Futbol plus")