AFFA sözünü tutmadı
- 08 Okt 2021 11:00
- 624
Yadınızdadırsa II Qarabağ savaşı başa çatandan sonra AFFA belə bir məlumat yaymışdı ki, işğaldan azad olunan rayonlarda futbol komandaları yaradılacaq və növbəti mövsümdən "Region Liqası"nda mübarizə aparacaq.
Rekord.az xəbər verir ki, federasiya verdiyi sözü tutmadı.
Belə ki, yeni mövsüm sözügedən liqada yalnız Cəbrayıl təmsilçisi olacaq. Bu komanda da AFFA-nın yox, veteran futbolçu Cavid Hüseynov və dostlarının təşəbbüsü ilə yaradılıb.