Bir müddətdir ki, futbol ictimaiyyəti arasında AFFA ilə Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Fritz Ştuxlik arasında "soyuq sular" axdığına dair söz-söhbət dolaşır.  Hətta AFFA-nın texniki direktor vəzifəsində çalışan Bernard Lippertlə yolları ayırdıqdan sonra Ştuxliki göndərəcəyi güman edilirdi. Bəs AFFA necə düşünür, qurum avstriyalı mütəxəssislə bağlı hansı qərarı qəbul edib? Bu suala elə AFFA-nın özündən cavab aldıq. 

 

Rekord.az xəbər verir ki, fanat.az-a danışan qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla bildirdi ki, Ştuxlikin müqaviləsi davam edir və sözləşmənin sonuna qədər fəaliyyətini davam etdirəcək.

 

Qeyd edək ki, Ştuxlikin müqaviləsinin nə zaman bitəcəyi açıqlanmır.