"Sumqayıt" Futbol Akademiyasının yeni rəhbəri Hakan Sünal AFFA-nın təşkil edəcəyi Pro kateqoriyalı məşqçilik kurslarında iştirak edəcək.

Rekord.az xəzər verir ki, türk məşqçinin Almaniyadan ölkəmizə gəlişinin bir səbəbi də budur.

Klubun prezidenti Riad Rəfiyevlə də bu barədə söhbəti olub və Rəfiyev də AFFA-dan bununla bağlı xahişi olub. Əldə etdiyimiz məlumata görə, federasiya da Sünala köməklə bağlı söz verib.