AFFA Təmkin Xəlilzadənin cəzasını açıqladı
- 22 Okt 2019 13:20
- 817
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 8-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Qəbələ” – “Qarabağ” matçında “Qəbələ”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Keşlə” – “Sabah” matçı başa çatdıqdan sonra “Sabah”ın futbolçusu Təmkin Xəlilzadə hakimə fiziki təsir göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanıb, klub 4000 manat cərimə olunub.
Futbolçuya verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilir və 3 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə, sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.
Oyunun 90+3-cü dəqiqəsində “Sabah”ın futbolçusu Filip İvanoviç ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
“Səbail” – “Sumqayıt” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Neftçi” – “Zirə” matçında “Zirə”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.