AFFA tenderi öz dostlarına verib
- 09 Okt 2020 17:00
- 757
Xəbər verdiyimiz kimi, AFFA kiçik ölçülü süni örtüklü meydançaların quraşdırılması üçün belə örtüklərin alınması məqsədilə tender elan edib.
Rekord.az xəbər verir ki, təkliflərin qiymətləndirilməsi zamanı şəffaflıq qorunacaq və prosesin təhlükəsizliyi təmin olunacaq.
Tenderə qatılmaq istəyənlərdən “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərmələri xahiş olunur. Əks halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.
Saytımıza daxil olan məlumata görə, bütün bu yazılanlar hamısı formal xarakter daşıyır. Yəni tenderin nəticəsi, qalibi çoxdan məlumdur. Hər kəs bilir ki, ölkədə süni örtük monopolyası icraçı vitse-prezident-baş katib Elxan Məmmədovun nəzarətindədir. Ona bağlı olan şirkətdən başqa heç kim ölkəyə süni örtük gətirə bilməz. Haqqında bəhs edilən tenderi də Məmmədova bağlı şirkətə veriblər və işləri həmin şirkət həyata keçirəcək.