AFFA Tərlan Əhmədova niyə qadağa qoyub? ÖZƏL!
- 19 May 2021 13:00
- 1040
AFFA-dan rəhbərlik səviyyəsində Tərlan Əhmədovun fəaliyyətinə qadağa qoyulub.
Bununla bağlı Rekord.az-a çox etibarlı mənbədən məlumat daxil olub.
İstər Premyer Liqa, istərsə sə I Divizionda çıxış edən bütün klublara birmənalı şəkildə tapşırılıb ki, Əhmədova iş verməsinlər. Bunun səbəbi isə Əhmədovun PFL prezidenti Ramin Musayevin adamı kimi təqdim olunmasıdır.
Qeyd edək ki, hazırda Elxan Məmmədovla Ramin Musayevin münasibətləri heç də yaxşı deyil. Məmmədov havadarlarının dəstəyi və köməyi ilə Musayevin futboldakı səlahiyyətlərinin böyük hissəsini onun əlindən alaraq, öz əlinə keçirdib. Xüsusilə hakimlərlə bağlı nəzarəti qeyd etmək olar. Hazırda AFFA Hakimlər Komitəsi tamamilə Məmmədovun diqtəsi və nəzarəti altındadır.