“Keşlə”dən ayrılandan bəri işsiz qalan Tərlan Əhmədovun AFFA-dan iş təklifi alması haqda məlumat vermişdik.

Rekord.az-a daxil olan məlumata görə, AFFA sözügedən məşqçiyə təklif göndərməyə hazırlaşırdı.

Belə ki, icraçı vitse-prezident Elxan Məmmədovun göstərişi ilə bəzi işsiz məşqçilərin federasiyada işlə təmin olunması nəzərdə tutulmuşdu ki, Əhmədov da o siyahıda yer alıb. Lakin Gənc Veteranlar İttifaqının üzvlərinə verdiyi vədi tutmayan Məmmədov, eyni zamanda Əhmədovu da aldadıb. Çünki danışıqlar olan gündən bu yana Əhmədovla da əlaqə saxlayan olmayıb.