AFFA iki illik tikinti işlərindən sonra Tovuzdakı futbol akademiyasının açılışını etdi.

 

"Rekord.az" xəbər verir ki, açılış baş tutsa da, ora rəhbər hələ də təyin edilməyib.

 

Əldə etdiyimiz məlumata görə, futbol rayonu olsa da, akademiyanın rəhbəri Tovuzdan seçməyəcək. Həmin şəxs Bakıdan göndəriləcək. Üstəlik, onun yerli, yoxsa əcnəbi olacağı da hələ ki, məlum deyil. Bununla bağlı qərar fevralda veriləcək.