Bildiyiniz kimi, AFFA Tovuzda futbol akademiyası tikir. İşlərin ilin sonuna kimi tam yekunlaşması gözlənilir. Hazırda gündəm olan məsələlərdən biri də futbol akademiyasına kimin rəhbərlik edəcəyidir.

Rekord.az xəbər verir ki, həmin şəxs AFFA-dan göndəriləcək bu, dəqiqdir.

Lakin həmin adamın yerli, yaxud əcnəbi olacağı hələlik bilinmir. Bununla bağlı qərarı federasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov verəcək. Bizə daxil olan məlumata görə, Məmmədovun nəzərində həm yerli, həm də əcnəbi məşqçilər var. Lakin o, qərarını akademiya fəaliyyətə başlayanda verəcək.