Tovuzdakı futbol akademiyasının tikintisinin yekunlaşması 2021-ci ilə qaldı.

Rekord.az xəbər verir ki, akademiya növbəti mövsümdən fəaliyyətə başlayacaq.

Fəaliyyətlə bağlı AFFA-nın öz şərtləri var. Bildiyiniz kimi, akademiyanı məhz federasiya tikib. Şərtlərdən ən əsası akademiyada yalnız kateqoriyası olan məşqçilərin işləməsidir. Artıq bununla bağlı klubun icraçı direktoru Nadir Nəbiyevə də tapşırıq verilib. Kateqoriyası olmayan məşqçilər burada işə qəbul olunmayacaq.