Milli komandamızın sabiq müdafiəçisi İlham Yadullayevin yeni iş yeri məlum olub.

Rekord.az xəbər verir ki, gənc mütəxəssis bundan sonra 17 yaşlılardan ibarət Azəbaycan millisində çalışacaq.

O, burada baş məşqçi Aqil Nəbiyevin köməkçisi funksiyasını yerinə yetirəcək.

Karyerası ərzində "Neftçi", "Kəpəz", "Şəmkir" kimi komandaların formasını geyinmiş Yadullayev əsas milli komandada 34 görüş keçirib.

2014-cü ildən "Sumqayıt"da məşqçiliyə başlayan 46 yaşlı çalışdırıcının sonuncu klubu "Turan Tovuz" olub. O, bölgə klubundan yayda ayrılıb.