Samir Əliyevlə yeni müqavilə imzalamayan AFFA U-21-in baş məşqçi postuna yeni şəxsin axtarışına çıxıb.

Rekord.az-a daxil olan məlumata görə, federasiya bu postu yenidən yerli, yoxsa əcnəbi məşqçiyə tapşıracağı ilə bağlı qərarını verməyib.

Lakin Əliyevim timsalında yerli məşqçinin uğursuzluğu əcnəbi məşqçi təyinatını daha da aktuallaşdırıb. Hətta AFFA İcariyyə Komitəsinin son iclasından bu məsələ bəzi üzvlər tərəfindən gündəmə də gətirilib. Ayın sonuna qədər bu məsələ ilə bağlı dəqoq qərar veriləcək.