Bildiyiniz kimi, AFFA Gənclər və İdman Nazirliyi ilə Təhsil Nazirliyinin balansında olan uşaq komandalarının həftəlik ezamiyyət xərclərini kəsib.

Rekord.az xəbər verir ki, kəskin narazılıqlara baxmayaraq, federasiya həmin maliyyəni bərpa etmək fikrində deyil.

Uşaqlar üçün verilməli olan vəsaitin "Region Liqası"nda çıxış edəcək komandalara verilməsi nəzərdə tutulub.