Xəbər verdiyimiz kimi, AFFA özünün maliyyələşdirdiyi və I Divizionda mübarizə aparan komandaların maaşının 50 faizini kəsib. Bunu da koronavirus və çempionatın dayanması ilə izah edib. Bu isə futbolçular arasında ciddi narazılıqla qarşılanıb, hətta “Kəpəz” və “Turan Tovuz”un futbolçuları rəhbərliyi məşqləri boykot etməklə hədələyib.

Rekord.az-a daxil olan məlumata görə, futbolçuların bu fikrə düşdüyünü eşidən federasiya geri addım atmağa məcbur olub.

Klub rəhbəliyinə deyilib ki, maaşların qalan hissəsi də aprelin sonuna qədər futbolçuların kartına vurulacaq.