AFFA və UEFA-nın keçirdiyi turnirə yekun vuruldu
- 30 Apr 2024 20:00
- 224
AFFA-nın təşkilatçılığı və UEFA-nın dəstəyi ilə “Playmakers” layihəsinə qoşulan mərkəzlər arasında minifutbol turniri keçirilib.
Rekord.az xəbər verir ki, yarışda 5-8 yaşlı qızlar iştirak ediblər.
Layihənin təşkilində əsas məqsəd sağlam həyat tərzinin təbliği, qızların erkən yaşdan futbola başlamaları və istedadlı futbolçuları ölkəmizdə fəaliyyət göstərən qızlardan ibarət komandalara cəlb etməkdir.