AFFA verdiyi sözü tutmur, narazılıq artır
- 27 Fev 2020 15:00
- 1116
AFFA yeni yaratdığı Gənc Veteranlar İttifaqına verdiyi sözü tutmur.
Rekord.az xəbər verir ki, federasiya bu ittifaqa yer alan gənc məşqçilərə qısa zamanda iş söz vermişdi.
Bildirilmişdi ki "Elit Məşq Layihəsi" yenidən bərpa olunacaq və bütün gənc məşqçilər ora işə dəvət olunacaq. Lakin aradan xeyli müddət keçsə də, sözügedən layihənin bərpası haqda danışan yoxdur.