
AFFA “Xan Lənkəran”ı yarışlardan kənarlaşdırdı
- 27 Mar 2025 16:00
- 146
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda bu qurumun bayrağı altında keçirilən yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
U-13 Qızlar Liqasının “Şəfa” FK - “Xan Lənkəran” FK oyunu “Xan Lənkəran”ın heyətində yetərsay olmaması səbəbindən baş tutmadığına görə “Xan Lənkəran”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal cari mövsümdə 3-cü dəfə yaşandığı üçün “Xan Lənkəran” komandası yarışlardan kənarlaşdırılıb.
Yüksək Qızlar Liqasının “Baku Juniors” - “Dirçəliş” FK oyununun gedişində “Baku Juniors”un heyətində yetərsay olmadığına görə matç yarımçıq dayandırıldığı üçün “Baku Juniors”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Matçın hesabı olduğu kimi saxlanılıb.
U-13 Qızlar Liqasının “Kəpəz” PFK - “Ümid” (Gəncə) oyununa “Ümid” (Gəncə) komandası təyin olunmuş vaxtda gəlmədiyinə görə oyun baş tutmadığı üçün “Ümid”ə (Gəncə) 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-15 Qızlar liqasında oynanmış “Kür” (Samux) – “Turan Tovuz” FK oyununda “Turan Tovuz” komandası oyunçu limitini pozduğuna görə “Turan Tovuz”a 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-15 Qızlar liqasında baş tutmalı olan “Təhsil 8 İOEUGİM” – “Sumqayıt” PFK oyunu “Sumqayıt” komandası matça gəlmədiyi üçün baş tutmadığına görə “Sumqayıt”a 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-14 Liqasında keçirilməli olan “Birlik” PFK – “Neftçi” İK İB oyunu “Birlik” komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Birlik” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-14 Liqasında keçirilməli olan “Atletico Baku” FC – “Mübariz” (Binə) oyunu “Atletico Baku” təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Atletico Baku” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Liqasında keçirilməli olan “Azart” FK – PFA oyunu PFA komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün PFA komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.