
AFFA-ya cəzanı Felipe cibindən ödəyəcək
- 12:00
- 56
"Qarabağ"la oyunda qırmızı vərəqə alaraq meydançadan qovulan "Araz Naxçıvan"ın futbolçusu Felipe buna görə ən azı 2 oyunlyq cəza alacaq.
Rekord.az xəbər verir ki, eyni zamanda İntizam Komitəsi tərəfindən ona pul cəzası da kəsiləcək.
Əldə etdiyimiz məlumata görə, federasiyanın kəsəcəyi pul cəzasını klub ödəməyəcək. Cəzanı Felipe cibindən ödəyəcək. Rəhbərlik braziliyalının məsuliyyətsizlik etdiyini düşünərək belə qərar qəbul edib.