AFFA-ya mövsümü dayandırmaq və yeni mövsümə hazırlaşmaq tövsiyyə olunub? ÖZƏL!
- 20 May 2020 15:00
- 1103
Məlum olduğu kimi, ölkədə koronavirusa görə tətbiq olunan qadağalar tədricən yumşaldılsa da futbol, idman bu yumşaldılmaların heç birinə aid edilmədi. Bu gedişlər ayın sonuna kimi də qadağa qüvvədə qalacaq.
Rekord.az-a isə çox maraqlı məlumat daxil olub.
Etibarlı mənbədən ötürülən məlumata görə, "yuxarılar" AFFA-ya bu mövsümü yarımçıq bitirməyi, karantin müddəti başa çatdıqdan sonra isə növbəti mövsümə hazırlaşmağı tövsiyyə edib. Federasiya da hazırda hökumətdən gələn təklifi götür-qoy edir. Bu həftənin sonu məsələ ilə bağlı yekun qərar veriləcək.