Məlum olduğu kimi, ölkədə koronavirusa görə tətbiq olunan qadağalar tədricən yumşaldılsa da futbol, idman bu yumşaldılmaların heç birinə aid edilmədi. Bu gedişlər ayın sonuna kimi də qadağa qüvvədə qalacaq. 

Rekord.az-a isə çox maraqlı məlumat daxil olub.

Etibarlı mənbədən ötürülən məlumata görə, "yuxarılar" AFFA-ya bu mövsümü yarımçıq bitirməyi, karantin müddəti başa çatdıqdan sonra isə növbəti mövsümə hazırlaşmağı tövsiyyə edib. Federasiya da hazırda hökumətdən gələn təklifi götür-qoy edir. Bu həftənin sonu məsələ ilə bağlı yekun qərar veriləcək.