Milli komandamızın futbolçularına Bəhreynlə yoldaşlıq oyununa (3:2) görə veriləcək mükafatın məbləği məlum olub.

 

Rekord.az xəbər verir ki, əsas heyətdə meydana çıxan hər bir futbolçu 5 min manat mükafat alacaq.

 

Macarıstanla AVRO-2020-nin seçmə oyununa görə (0:1) mükafat verilib-verilməyəcəyi hələ ki məlum deyil. Qeyd edək ki, AFFA əvəllər bir neçə dəfə yığmamızın yaxşı oynayıb uduzduğu matçlarda da futbolçuları pul mükafatı ilə sevindirib. (sportinfo.az)