AFFA yeni hakimləri təsdiqlədi
- 02 İyl 2020 19:00
- 847
AFFA-nın Hakimlər Komitəsi 2020/2021-ci il mövsümündə Azərbaycan Premyer Liqası və 1-ci divizionda fəaliyyət göstərəcək bir neçə yeni referi və referi köməkçisini təsdiqləyib.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mingəçevirli referi Rəşad Əhmədov Premyer Liqaya cəlb olunub.
Kamran Bayramov isə elitada referi köməkçisi funskiyasını yerinə yetirəcək.
Premyer Liqa, referi:
Rəşad Əhmədov
Premyer Liqa, referi köməkçisi:
Kamran Bayramov
1-ci divizion, referi:
Tural Qurbanov
1-ci divizion, referi köməkçiləri:
Hidayət Feyzullayev
Tərlan Talıbzadə
Vüsal Məmmədov