
AFFA yeni layihəyə start verib
- 28 Fev 2025 21:15
- 36
AFFA, Elm və Təhsil Nazirliyinin birlikdə əməkdaşlığı ilə məktəb və futbol klublarında SCALE (İdman karyerası və akademik öyrənmənin gücləndirilməsi) layihəsinə start verib.
Rekord.az xəbər verir ki, 2025-ci ilin dekabrına qədər davam edəcək bu beynəlxalq layihədə məqsəd gənc futbolçuların həm idmanda, həm də təhsildə uğur qazanmasına dəstək olmaqdır.
Layihə Azərbaycan, İtaliya, Rumıniya, Malta və Moldova futbol federasiyalarının əməkdaşlığı, UEFA-nın dəstəyi ilə həyata keçirilir. Məktəblərdə və futbol klublarında icra olunacaq bu təşəbbüs ikili karyera modelini tətbiq edərək, gənc oyunçuların akademik və idman inkişafını təmin edəcək. Bununla əlaqədar martın 1-də SCALE layihəsi çərçivəsində məşqçi müəllimlər üçün müxtəlif təlimlər və praktiki məşğələlər təşkil olunacaq.