AFFA yeni məşqçi kurslarına start verdi
- 12 Dek 2023 19:40
- 299
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyilə keçirilən “D” kateqoriyalı məşqçi kurslarına start verilib.
Rekord.az xəbər verir ki, AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində keçirilən kurslara 24 nəfər cəlb olunub.
AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov iştirakçılara kursun mahiyyəti haqqında ümumi məlumat verib, onlara uğurlar arzulayıb. Kursun ilk günündə AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə tərəfindən iştirakçılara ilkin futbol bilikləri haqqında məlumat verilib.
Kurs 3 gün davam edəcək.