Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Kiğılı” kişi geyim brendi arasında tərəfdaşlıq müqaviləsi imzalanması barədə razılığa gəlinib.

Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

2022-ci ilin sonunadək bağlanacaq müqavilə əsasında Azərbaycan milli komandasının üzvləri “Kiğılı” brendinə məxsus kostyumlarla təmin olunacaqlar. COVİD-19 pandemiyası səbəbiylə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar imzalanma mərasiminin qarşıdakı həftələrdə keçirilməsi nəzərdə tutulub.