Ramil Şeydayev yenə klubsuz qalıb.

Rekord.az-a daxil olan məlumata görə onunla ciddi şəkildə yaxından maraqlanan yoxdur.

Bu durum AFFA-nı da hərəkətə keçirib. Əldə etdiyimiz məlumata görə federasiya Şeydayev üçün klub axtarışına çıxıb. Hətta onun aylıq maaşını ödəməyi də öz üzərinə götürməyə hazırdı. Yetər ki hansısa klub Ramili heyətinə qatmağa razılıq versin.