Yunis Hüseynovun "Keşlə"dən ayrılandan bəri işsiz olması barədə məlumat vermişdik. Onu da bildirmişdik ki, Hüseynov AFFA-nın icraçı vitse prezidenti Elxan Məmmədovla görüşüb işlə bağlı ondan da vəd almışdı. Lakin üstündən xeyli vaxt keçsə də Hüseynova bir cavab verilməyib.

Rekord.az-a daxil olan məlumata görə, deyəsən federasiya məsələnin çözüm yolunu tapıb.

Sızan informasiyaya görə, AFFA-dan Hüseynova Məşqçilər Komitəsində yer almaq təklif olunub. Lakin təcrübəli məşqçi hələlik bu təklifə cavab verməyib.